İnzibati Xətalar Məcəlləsində seksual məsələ:<span style="color:red;"> İşə götürənlər, ehtiyatlı olun!
10 dekabr 2015 16:42 (UTC +04:00)

İnzibati Xətalar Məcəlləsində seksual məsələ: İşə götürənlər, ehtiyatlı olun!

 

 Azərbaycanda işəgötürüləni seksual təzyiqə məruz qoymaya görə, sərt cəzalar müəyyənləşdirilir. Lent.az-ın məlumatına görə, yeni hazırlanmış İnzibati Xətalar Məcəlləsinin 205-ci maddəsinə görə, seksual qısnamaya görə, işə götürəndən və ya rəhbərindən şikayət etmiş işçiyə qarşı təzyiqin göstərilməsinə və ya işçinin təqib olunmasına görə, vəzifəli şəxslər 1 500 manatdan 2 500 manata qədər cərimə tətbiq ediləcək.

Bununla bağlı hazırkı cərimələr 70 manatdan 90 manata qədərdir.

Azərbaycan Prezidenti tərəfindən təqdim olunan yeni Məcəllə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 380
avatar

Mübariz Aslanov

Oxşar yazılar