İşdən çıxarılan professor BDU-nu məhkəməyə verdi
05 may 2014 12:14 (UTC +04:00)

İşdən çıxarılan professor BDU-nu məhkəməyə verdi

Bakı Dövlət Universitetinin (BDU) “Riyazi analiz” kafedrasının sabiq müdiri və professoru Sadiq Abdullayev çalışdığı təhsil müəssisəsini məhkəməyə verib. Lent.az-ın qafqazinfo-ya istinadən verdiyi məlumata görə, buna səbəb onun “Riyazi analiz” kafedrasının müdiri vəzifəsindən azad edilməsidir.

 

İddiaya BDU-nun inzibati binasının yerləşdiyi Yasamal rayon Məhkəməsində baxılıb və sabiq müdirin iddiası təmin edilməyib. Bakı Apellyasiya Məhkəməsi və Azərbaycan Ali Məhkəməsi qərarı qüvvədə saxlayıb.

 

S.Abdullayev “Riyazi analiz” kafedrasının müdiri vəzifəsini 2006-cı ildən tuturmuş. Hazırda isə həmin kafedrada çalışır.

 

Qeyd edək ki, S.Abdullayevdən sonra “Riyazi analiz” kafedrasının müdiri vəzifəsinə dosent Fuad Abdullayev təyin edilib.

 

BDU-nu məhkəməyə verən S.Abdullayev 1943-cü il avqustun 23-də Ağdaş şəhərində anadan olub. 1960-1965-ci illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsində təhsil alıb. Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2009-cu il tarixli Sərəncamı ilə "Əməkdar müəllim" fəxri adı verilib.

 

1967-cı ildən BDU-da çalışır. Ailəlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1766
avatar

Oxşar yazılar

Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05