<b>İş adamının qətli ilə bağlı məhkəmədə mübahisə düşdü</b>
22 yanvar 2018 13:28 (UTC +04:00)

İş adamının qətli ilə bağlı məhkəmədə mübahisə düşdü

Xaçmazda sahibkarı qətlə yetirməkdə təqsirləndirilən dəstə üzvləri- Vüsal Rüstəmov, Firudin Axverdiyev və Qalib Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili İlham Əsədov bildirib ki, qətlə yetirilən İlqar Məmmədovun hüquqi varisi, həyat yoldaşı Arzu Məmmədova onu təhqir edib.

 

Qadın isə onu təhqir etmədiyini söyləyib.

 

Daha sonra şahid qismində Səadət İbrahimova dindirilib. O qeyd edib ki, qətlə yetirilən şəxslə qonşu olub: "Hadisə günü onun evinin işığı yanmırdı. Heç bir səs də eşitməmişəm".

 

Digər şahid Emin Mirzəyev ifadəsində bildirib ki, təqsirləndirilən şəxslərdən ikisi - Vüsal və Qalibi tanıyır: "Rayonda taksi kimi fəaliyyət göstərirəm. Kafedə Qalib mənə dedi ki, "Raf" maşınına benzin almaq lazımdır. Mən də onu apardım, yanacaqdoldurma məntəqəsindən benzin aldıq. Daha sonra onu görməmişəm".

 

Vüsalə Ağamirova da şahid qismində dindirilib. O, istintaqa verdiyi ifadəsini təsdiq etdiyini, rayonda mağazada işlədiyini deyib: "Hadisə barədə məlumatım yoxdur. İşlədiyim mağaza rəhmətliyin yaşadığı evinin yaxınlığında yerləşir. Təqsirləndirilən şəxslərdən də heç kəsi orada görməmişəm, ola da bilər ki, mağazadan nəsə alıblar. Dəqiq yadımda deyil. Mağazada təhlükəsizlik kamerası var, hadisədən sonra polislər də gəlib onu götürdü".

 

Məhkəmədə V.Ağamirovanın istintaqa verdiyi ifadəsi elan olunub. O, dindirilən zaman qeyd edib ki, hadisədən əvvəl 25 yaşlı oğlan onun işlədiyi mağazaya daxil olub və su alıb: "Həmin şəxs mağazadakı kameraya baxıb, sonra çölə çıxdı. O, çöldə olan digər şəxslə maşına əyləşib ərazidən uzaqlaşdı".

 

Şahid istintaqda yazılanlarla razı olmadığını söyləyib: "Mağazada kameraya baxan bu şəxslərdən heç biri deyildi. Yenə də deyirəm ki, həmin vaxt dəqiq yadımda deyil. Hadisədən xeyli zaman keçib".

 

Prosesdə vəkil İ.Əsədovla zərərçəkmişin hüquqi varisi A.Məmmədova arasında mübahisə düşüb.

 

Hakim hər iki şəxsi sakitləşdirib.

 

Qeyd edək ki, təqsirləndirilən şəxslər cinayətkar dəstə yaradaraq, Xaçmazda quldurluq, oğurluq cinayətləri ilə məşğul olublar. Onlar rayon sakini Nəzakət Hacıyevanın evinə girərək onu zəhərləyərək öldürüb, evindən 10 min manat pul götürüblər. Daha sonra həmin mənzili yandırıblar. Qadının meyiti də yanıb.

 

Dəstə üzvlərinin digər cinayət əməli barədə ittihamda yazılır ki, onlar əvvəlcədən hazırladıqları plan üzrə topdan satış mərkəzi olan İlqar Məmmədovun evinə daxil olublar. İlqar Məmmədovu bıçaqla qətlə yetirərək evindən 289 min manat pul və qızılları götürüblər.

 

 

İlqar Məmmədov rayonda tanınmış iş adamı olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 252
avatar

Səlcuq Elçin

Oxşar yazılar

Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Bakıda QƏZA:  İşıqfor yerindən qopdu

Bakıda QƏZA: İşıqfor yerindən qopdu

11 dekabr 2024 , 23:01
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10