İraq Azərbaycanın səfirlik açmasını istəyir
08 yanvar 2013 10:18 (UTC +04:00)

İraq Azərbaycanın səfirlik açmasını istəyir

Qənirə Paşayeva İraqın Əyalət Məsələləri üzrə dövlət naziri ilə görüşüb

 

Azərbaycan-İraq Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Azərbaycanda səfərdə olan İraqın Əyalət Məsələləri üzrə dövlət naziri Torhan M.Əl-Müfti ilə görüşüb.

 

Lent.az-ın verdiyi məlumata görə, Qənirə Paşayeva Azərbaycanın İraqla münasibətlərin inkişafına önəm verdiyini, bütün istiqamətlərdə əlaqələrin genişlənməsində və əməkdaşlığın getdikcə daha da dərinləşməsində maraqlı olduğunu söyləyib.

 

Dağlıq Qarabağ  münaqişəsi barədə ətraflı məlumat verən Qənirə Paşayeva Azərbaycanın bu münaqişənin həllində öz prinsipial mövqeyindən geri çəkilməyəcəyini və torpaqlarını işğaldan azad edəcəyini bildirib. İraqda 3 milyona  yaxın  soydaşlarımızın  yaşadığını  və  onları  İraq parlamentində 10 millət vəkilinin təmsil etdiyini deyən Qənirə Paşayeva qeyd edib ki,  İraq parlamentinin  Xocalı  Soyqırımı ilə bağlı rəsmi münasibət bildirməsi önəmli addım olardı.  

 

Torhan M.Əl-Müfti Azərbaycanda dinamik iqtisadi inkişafın şahidi olduğunu dilə gətirib. Azərbaycanı qardaş ölkə adlandıran İraqın dövlət naziri ölkəsinin Azərbaycanla bütün istiqamətlərdə münasibətlərin inkişaf etdirilməsində, strateji əməkdaşlığın gücləndirilməsində maraqlı olduğunu vurğulayıb. O, həm parlamentlərarası, həm də hökumətlərarası münasibətlərin inkişafını, əməkdaşlığın genişlənməsini vacib sayıb. Torhan M.Əl-Müfti Azərbaycanın  tezliklə  İraqda  səfirliyini açacağına inandığını  və bundan sonra iki ölkə arasında əlaqələrin daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.

 

Qənirə Paşayeva tərəfindən Torhan M.Əl-Müftiyə Azərbaycan həqiqətlərinə,  mədəniyyətinə, tarixinə dair materiallar,  kitablar təqdim edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 714
avatar

Oxşar yazılar