İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
05 avqust 2016 11:38 (UTC +04:00)

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

Azərbaycana narkotik maddə keçirilməsinin qarşısını alınıb.

 

Dövlət Gömrük Komitəsinindən Lent.az-a daxil olan məlumata görə, Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, idarənin “Qoşa Təpə”gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

 

Yoxlama nəticəsində, saxlanılan şəxsin daxili orqanından (düz bağırsağından) 5 ədəd bükümdə, xalis çəkisi 167,512 qram olan narkotik vasitə - heroin aşkar edilib.

 

Vətəndaş izahatında bildirib ki, onun üzərində aşkar edilən narkotik vasitəni İranın Biləsuvar şəhərində Azərbaycandan olan digər şəxslə birlikdə əldə edib. Verilən əlamətlərə uyğun gələn həmin Azərbaycan vətəndaşı da İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələrkən “Qoşa Təpə” gömrük postunda saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 82
avatar

Səlcuq Elçin

Oxşar yazılar

Salyanda AĞIR QƏZA:   Sürücü öldü

Salyanda AĞIR QƏZA: Sürücü öldü

12 dekabr 2024 , 07:36
Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03