İrandan 23 kq narkotik gətirənlər tutuldu
19 aprel 2014 17:11 (UTC +04:00)

İrandan 23 kq narkotik gətirənlər tutuldu

Daxili İşlər Orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib. APA TV-nin xəbərinə görə, İran vətəndaşları 41 yaşlı Adil Nazimi və 36 yaşlı Rza Səidi şübhəli şəxs qismində saxlanılıblar. Onlardan xüsusi bağlamalarda ümumi çəkisi 23 kiloqram olan tiryək, 1 ədəd gecəgörmə cihazı, kəlbətin, əlcək və digər vasitələr aşkarlanaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxslər əməllərini etiraf edərək bildiriblər ki, narkotiki ölkəmizə satmaq məqsədi ilə gətiriblər. İstintaqla müəyyən edilib ki, 23 kiloqram tiryək 30 min Amerika dollarına satılmalı imiş.

 

Adil Nazimi deyib ki, narkotik vasitəni 30 min dollar qarşılığında bir nəfərə verəcəklərmiş.

 

Gecə saatlarında qaçaqmalçılıq yolu ilə ölkəmizə gələn Adil Nazimi ilə Rza Səidi narkotik maddəni gizlədərək əvvəlcədən tapdıqları müştərini gözləyiblər. Bu zaman əməliyyata başlayan polis əməkdaşları onları ələ keçiriblər.

 

Faktla bağlı cinayət işi açılıb, istintaq narkotikin mənbəyini araşdırır.

 

# 426
avatar

Oxşar yazılar