Bu gün səhər saat 9:13 radələrində İranda 6 bal gücündə zəlzələ baş verib.
Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, zəlzələnin ocağı Xoy şəhərindən 40 km cənub-şərqdə, 10 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat verilmir. Zəlzələ Ermənistanın Qafan rayonunda 3 bal gücündə hiss edilib.