
İrandan Azərbaycana külli miqdarda narkotik atıldı
Sentyabrın 18-də Astara rayon Polis Şöbəsinə Dövlət Sərhəd Xidmətindən Məcitməhəllə kəndi ərazisində dövlət sərhədini pozub saxlanılan İran vətəndaşının mühəndis texniki çəpərdən bir nəfərə bağlama atması ilə bağlı informasiya verilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Astara rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində qısa müddətdə həmin şəxsin Astara şəhər sakini D.Hüseynov olduğu müəyyən edilib. O, təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Araşdırmalarla D.Hüseynovun həmin bağlamanı saxlamaq üçün həmyerlisi B.Əliyevaya verdiyi müəyyən edilib.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində B.Əliyevanın yaşadığı evin həyətinə baxış zamanı oradan torpağa basdırılan, içərisində 2,5 kiloqram heroin olan bağlama aşkar edilərək götürülüb.
Araşdırma aparılır.
Oxşar yazılar

Gəncədə zəncirvari qəza olub, yaralılar var -FOTOLENT -YENİLƏNİB
13 iyul 2025 , 19:52
Polis rəisi Namiq Musayev həbs olundu
13 iyul 2025 , 19:33
Salyanda AĞIR QƏZA, 3 nəfər öldü -FOTOLENT -YENİLƏNİB
13 iyul 2025 , 18:29
Şərurda qohumunu öldürməkdə şübhəli bilinən şəxs tutuldu -YENİLƏNİB
13 iyul 2025 , 17:42
İsmayıllıda itkin düşən 40 yaşlı qadının yeri məlum oldu -YENİLƏNİB
13 iyul 2025 , 15:14
Aeroport yolunda QƏZA
13 iyul 2025 , 12:42
Sumqayıtda güllələnmə: bir nəfər öldü
13 iyul 2025 , 11:50