Azərbaycana narkotik keçirən İran vətəndaşı yaxalandı
18 avqust 2015 16:43 (UTC +04:00)

Azərbaycana narkotik keçirən İran vətəndaşı yaxalandı

0

İran vətəndaşının Azərbaycana narkotik keçirmək cəhdinin qarşısı alınıb.

 

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan  piyada yolla Azərbaycana gələn Akbari Meisam Feizollah oğlunun üzərində şəxsi yoxlama aparılıb.

 

Şəxsi yoxlama nəticəsində onun üzərindən, ümumi xalis çəkisi 2,40 qram olan narkotik vasitə - həşiş qətranı, xalis çəkisi 0,641 qram olan narkotik vasitə - tiryək və xalis çəkisi 0,330 qram olan psixotrop maddə - metamfetamin aşkar edilərək götürülüb.

 

Xatırladaq ki, metamfetamin adlı preparat “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı”na daxildir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 162

Oxşar yazılar