Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməkdə, qaçaqmalçılıqda və digər cinayətlərdə təqsirləndirilən Azərbaycan vətəndaşı Samir Həsənov və İran vətəndaşı Hangah Rauf Kərimlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Prosesin baxış iclası mayın 22-nə təyin edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 247-ci (dövlətə xəyanət), 206-cı (qaçaqmalçılıq) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələrinə əsasən ittiham olunurlar.
Onlar Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həbs ediliblər.