İctimai Palatanın üzvü, yazar Yafəs Türksəs qurum üzvlüyündən istefa verib. Lent.az-ın “Yeni Müsavat”a istinadən verdiyi məlumata görə, bu barədə qəzetə Y.Türksəs özü məlumat verib. Yazar istefa barədəki bəyanatının mətnini redaksiyamıza təqdim edib. Sənəddə deyilir:
“Siyasi mədəniyyətin aşağı olduğu cəmiyyətdə siyasi opponentə düşmən kimi baxılır. Müxalifətdə olduğum uzun müddətdə bunu çox sezmişəm. Artıq siyasətdən yoruldum və bezdim. Müxalifətçiliyim bir yazıçı olaraq ədəbi fəaliyyətimə, yaradıcılıq planlarıma və ictimai mövqeyimə həmişə ayaq bağı olub. Bundan sonra heç bir ictimai-siyasi fəaliyyətlə məşğul olmadan yalnız ədəbi yaradıcılıqla məşğul olacağam. Odur ki, AXCP sıralarından və İctimai Palata üzvlüyündən istefa verirəm”.
İP-də və AXCP-də itki: Yafəs Türksəs getdi
931