APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin müvafiq qurumlarının mütəxəssisləri hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.
Hadisə yerində aşkarlanmış sursatın bir ədəd təlim-tədris təyinatlı 100 mm-lik top mərmisi olduğu müəyyən olunub. Aşkarlanmış sursat xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər tərəfindən əraziyə baxış keçirilib və digər döyüş sursatları aşkar edilməyib.