Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda vətəndaş intihara cəhd məqsədi ilə üçmərtəbəli binanın damına çıxıb.
Lent.az-ın FHN-nin saytına istinadən məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə fəaliyyət nəticəsində intihara cəhdin qarşısı alınıb.
Əməliyyat saat 19:50-də başa çatıb.