Qobustan rayonunda intihara cəhd hadisəsi baş verib.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qobustan rayonunda bir nəfərin birmərtəbəli evin damına intihar etmək məqsədi ilə çıxması barədə məlumat daxil olub.
Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq intihara cəhdin qarşısı alınıb. Əməliyyat saat 21:29-da başa çatıb.