Bu gün Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları Mingəçevir su anbarının Baş Şirvan su kanalı ərazisində mühafizə xidməti apararkən su kanalının üzərindəki körpüdən 1 nəfərin özünü suya ataraq intihar etmək niyyətində olduğunu müşahidə edib. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, xilasedicilər vətəndaşla müvafiq söhbətlər aparmış və bu zaman yaranmış əlverişli şəraitdən istifadə edərək intihara cəhdin qarşısını alıblar. İntihara cəhd edən şəxs aidiyyəti üzrə təhvil verilib.
Xilasetmə əməliyyatı saat 14:28-də başa çatıb.