İntihar cəhdi: Bakıda özünü 5-ci mərtəbədən atan yaşlı qadın sağ qalıb - YENİLƏNİB
13 dekabr 2013 10:35 (UTC +04:00)

İntihar cəhdi: Bakıda özünü 5-ci mərtəbədən atan yaşlı qadın sağ qalıb - YENİLƏNİB

Bakıda bu gecə yaşayış binasının 5-ci mərtəbəsindən yıxılaraq 4-cü mərtəbədəki eyvanın damına düşən 78 yaşlı qadın xilas edilib.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Suraxanı rayonunda 1 nəfər yaşayış binasının eyvanından yıxılıb və köməyə ehtiyac yaranıb. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1935-ci il təvəllüdlü Ağayeva Mənsurə Mirzağa qızı beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindən yıxılaraq 4-cü mərtəbədə yerləşən eyvanın damına düşüb və köməksiz vəziyyətdə qalıb. Müxtəlif bədən xəsarətləri almış zərərçəkmişi yaxınları götürə bilmədikləri üçün “112” qaynar telefon xəttinə müraciət ediblər. Nazirliyin xilasediciləri binanın 4-cü mərtəbəsinin eyvanına qalxaraq vətəndaşın xilas edilməsini təmin edib və aidiyyəti üzrə təhvil veriblər.

 

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicisi Zamil Gülməmmədovun APA-ya verdiyi məlumata görə, 78 yaşlı Mənsurə Ağayeva intihara cəhd edib. O, özünü yaşayış binasının beşinci mərtəbəsinin eyvanından atsa da, dördüncü mərtəbənin eyvanının damı qadını ölümdən xilas edib.  

# 1571
avatar

Oxşar yazılar