7 yaşlı uşağın şəkillərini kim və niyə çəkib? - <span style="color:red;">YENİLƏNİB
20 may 2014 18:05 (UTC +04:00)

7 yaşlı uşağın şəkillərini kim və niyə çəkib? - YENİLƏNİB

O qeyd edib ki, 2-ci sinif şagirdi N. Cavadov öz ifadəsində müəllimə tərəfindən döyülmədiyini bildirib: “Şagird qeyd etdi ki, mayın 16-da ikinci dərs zamanı  o, Şahnaz adlı müəllimdən icazə alaraq, ayaqyoluna gedib. Ayaqyolunun döşəməsi su olduğundan ayağı sürüşüb, yıxılıb”.

 

R. Seyidov onu da qeyd edib ki, səhəri günü Reyhan adlı müəllimənin dərsi zamanı,  internatın digər 4 müəllimi (onlardan ikisi qadın olub) həmin şagirdin şəkillərini çəkiblər və bunun səbəbini açıqlamayıblar.

 

Polis mayoru onu da əlavə edib ki, qərəzli şəkildə yalan məlumatın internetdə kim tərəfindən yayılması faktını araşdırılması üçün müəssisə Milli Təhlükəsizlik Nazirliyinə müraciət edəcək. Adı hallanan 45 illik təcrübəli Gülya adlı müəllimə şərəf və ləyaqətinin təhqir olunması faktı ilə məhkəməyə müraciət edə bilər.

 

***

 

Suraxanı rayonunda yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbində 7 yaşlı uşaq xəsarət alıb

 

Bakı şəhər Suraxanı rayonunda yerləşən 7 saylı internatda azyaşlının döyülməsi faktı ilə bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb. Suraxanı rayon Polis İdarəsindənLent.az-a bildirilib ki, məsələ ilə bağlı ərazi üzrə 31-ci Polis Bölməsinin təhqiqatçısı araşdırmalara başlayıb. Təhqiqatın yekununda fakta hüquqi qiymət veriləcək.

 

7 saylı internatın yerləşdiyi Əmircan qəsəbəsi üzrə sahə müvəkkili, polis mayoru Eyyub Musayev Lent.az-a bildirib ki, bu gün vəhşicəsinə döyüldüyü iddia edilən uşaqla görüşüb: “Mən həmin internatda oldum və uşaqla görüşüb, onunla söhbət etdim. Uşaq dedi ki, bir neçə gün əvvəl tualetə qaçarkən yıxılıb və başı, alın nahiyəsi yerə çırpılıb. Onun yıxıldığını görən internatın 10-cu sinif şagirdi dərhal müəllimə müraciət edib. Uşağı müəllimin yanına aparıblar, alnına soyuq dəsmal qoyublar. Sabahısı günü isə onun gözlərinin altının qaraldığını görüblər”.

Sahə müvəkkili onu da bildirdi ki, azyaşlının internatda döyülməsi faktı aşkarlanmayıb: “Mən orda olanda Təhsil Nazirliyindən də nümayəndələr gəlmişdi və hərtərəfli araşdırmalar aparılır”.  Lent.az-ın hadisə yerində olan müxbirinin məlumatına görə, internat məktəbinə heç kim buraxılmır. Hadisə yerində olan jurnalistlərə bildiriblər ki, bir azdan açıqlama veriləcək.

 

 

 

*****

 

13:26

 

Suraxanı rayonunda yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbində 7 yaşlı uşaq vəhşicəsinə döyülüb 

Lent.az-ın bizimyol.info-ya istinadən verdiyi məlumata görə, bir neçə gün öncə 7 yaşlı Mahir orada çalışan müəllimələrin biri tərəfindən dubinka ilə döyülüb. Uşağın başından dubinka ilə vurub. O, ağır zədə alıb. Uşağın döyülməsinin səbəbinə gəlincə, mənbə bildirir ki, buna səbəb onun nadinc olmasıdır. Mahirin Gülya adlı müəllimə tərəfindən döyüldüyü bildirilir. Gün ərzində qarşı tərəfin də fikri öyrəniləcək. 

 

Daxili İşlər Nazirliyi məsələdən xəbərdardır. Gün ərzində hadisə araşdırılacaq və ətraflı məlumat veriləcək. 

 

 Qeyd: Məlumatı verən şəxs sonradan ona təzyiq olunacağından qorxduğu üçün adının gizli saxlanmasını istəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10705
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar