İmtahanda yüksək bal toplamayan məktəbli intihara cəhd etdi
18 may 2013 13:03 (UTC +04:00)

İmtahanda yüksək bal toplamayan məktəbli intihara cəhd etdi

Gəncədə sınaq imtahanından yaxşı bal toplamayan məktəbli intihar etmək istəyib.


 

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın Qərb bürosuna verilən məlumata görə, Gəncə şəhər Natəvan qəsəbə sakini, 1997-ci il təvəllüdlü Natiq Əliyev ağır zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Araşdırma zamanı məlum olub ki, N. Əliyev sınaq imtahanından yüksək bal toplaya bilmədiyi uçun sirkə turşusu içərək intihar etmək istəyib. Həkimləri səyi nəticəsində 16 yaşlı oğlanı həyata qaytarmaq mümkün olub. Onun səhhətinin normal olduğu bildirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1677
avatar

Oxşar yazılar