İmişli şəhərindəki yanacaqdoldurma məntəqəsinə hücum olub.
Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yanacaqdoldurma məntəqəsinə gəlmiş naməlum şəxs orada operator işləyən rayon sakini Emin Hüseynovun ağzını və əl-qolunu yapışqanlı lentlə bağlayıb, cibindəki 380 manat pulu götürərək hadisə yerindən gedib.
Görülmüş tədbirlər nəticəsində hadisəni törətmiş Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş Anar Hümbətzadə İmişli-Bakı sərnişin qatarında Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub.