İmişlidə kafe yandı, iki nəfər xəsarət aldı
10 mart 2013 22:04 (UTC +04:00)

İmişlidə kafe yandı, iki nəfər xəsarət aldı

İmişli rayonunda kafe yanıb, iki nəfər xəsarət alıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, rayonun Bəciravan kəndində kafedə yanğın baş verib.

 

Yanğın zamanı kafedə işləyən 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

 

Hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər kafenin bir hissəsini yanğından mühafizə ediblər.

 

Yanğının başvermə səbəbi və digər təfərrüatlar araşdırılır.

 

# 509
avatar

Oxşar yazılar