İmişlidə 2 tona yaxın çətənə kolu aşkarlanıb
27 iyun 2013 19:53 (UTC +04:00)

İmişlidə 2 tona yaxın çətənə kolu aşkarlanıb

İmişli rayonunda 2 tona yaxın yabanı halda bitən narkotik vasitə olan çətənə kolları aşkarlanıb. Bu barədə APA-nın Mil-Muğan bürosuna RPŞ-nin narkotiklərlə mübarizə qrupunun baş əməliiyat müvəkkili Mirzağa Qafarov məlumat verib.

Əməliyyat müvəkkilinin məlumatına görə, “Xaşxaş 2013”  tədbirlər planı çərçivəsində İmişli rayon polis şöbəsinin narkotiklərlə  mübarizə  və cinayət axtarış qruplarının birgə keçirdiyi  profilaktik tədbirlər  zamanı 2 hektara yaxın sahədə yabanı halda  bitən narkotik vasitə olan çətənə kolları aşkarlanıb. Rayonun Məmmədli kəndi ərazisində aşkarlanan 2050 ədəd sayda, yaş çəkisi 1970 kiloqram olan çətənə  kollarının məhv edilməsi üçün lazımi tədbirlər görülüb,  kollar yandırılaraq  məhv edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 659
avatar

Oxşar yazılar