İlham Mirzəyevi döyməkdə təqsirləndirilən şəxs azadlığa buraxılıb
18 aprel 2014 15:35 (UTC +04:00)

İlham Mirzəyevi döyməkdə təqsirləndirilən şəxs azadlığa buraxılıb

Bu gün Yasamal Rayon Məhkəməsində tanınmış aparıcı, hazırda həbsdə olan İlham Mirzəyevi döyməkdə və hədə-qorxu gəlməkdə təqsirləndirilən Asif Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.


 

APA-nın məlumatına görə, prosesdə qərar elan olunub. Ona ittiham olunduğu Cinayət Məcəlləsinin 134-cü (döymə) və 221-ci (xuliqanlıq) maddələri üzrə bəraət verilib. Digər ittiham olunduğu maddə 127.2.3-cü (ümumi təhlükəli üsulla xuliqanlıq törətmə) maddəsi isə 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan üsulla az ağır xəsarət yetirmə) maddəsinə tövsif edilib və məhkəmə zalından azadlığa buraxılıb.

 

Qeyd edək ki, bir müddət əvvəl İ. Mirzeyv həbs edilib. Məhkəmə onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib. Onun əməlləri ilə əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır. İ. Mirzəyevev vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq tutulub. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2613
avatar

Oxşar yazılar