İlahiyyatçı Tale Bağırzadə azadlığa çıxıb
31 iyul 2015 11:10 (UTC +04:00)

İlahiyyatçı Tale Bağırzadə azadlığa çıxıb

0

 

Dünən ilahiyyatçı Tale Bağırzadə azadlığa çıxıb. Lent.az-ın məlumatına görə, 2 il yarımlıq həbs müddəti başa çatan Tale Bağırzadə azadlığa çıxıb.

Qeyd edək ki, Tale Bağırzadə 2013-cü il martın 31-də həbs edilmişdi. İlahiyyatçı qanunsuz olaraq narkotik vasitə saxlamada ittiham olunurdu və iki il azadlıqdan məhrum edilmişdi. 
Daha sonra həbsdə olduğu müddətdə Tale Bağırzadə Cinayət məcəlləsinin 317-1(cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanasında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi) maddəsi ilə də ittiham olunub. Onun  kamerasından mobil telefon tapılıb.

Onun cəza müddətinə 4 ay da əlavə edilib. Hacı Taleh Bağırzadə iki il yarımlıq məhbus həyatından sonra azad edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 503

Oxşar yazılar