İl ərzində paytaxtda yol qəzalarında ölən və yaralananların sayı açıqlandı
“Təhlükəsiz şəhər” xidmətinin operatorları tərəfindən 2796 hadisə aşkarlаnıb, kameraların arxiv görüntülərindən istifadə edilməklə 123 bağlı cinayət açılıb.
APA-nın xəbərinə görə, iyulun 10-da Bakı Şəhər Baş Polis İdarəsində car ilin birinci yarısına həsr olunmuş geniş əməliyyat müşavirəsində İdarə rəisinin əməliyyat işləri üzrə müavini, polis general-mayoru Elxan Həsənov bildirib ki, bununlа yаnаşı, 23 soyğunçuluq və quldurluq cinayəti törətmiş 21 nəfərdən ibarət 13 qrup, eləcə də 51 mənzil oğurluğu törədən 67 nəfərdən ibarət 30 cinаyətkаr qrup ifşa olunub, nаrkоtiklərlə bаğlı aşkarlanan 681 fakt üzrə qanunsuz dövriyyədən 303 kiloqramdan çox narkotik vasitə çıxarılıb, istintaqı tamamlanan cinayət işləri üzrə vətəndaşlara dəyən maddi ziyanın 92,8 faizinin ödətdirilməsi təmin olunub.
O qeyd edib ki, paytaxt ərazisində qeydə alınan 244 yol-nəqliyyat hadisəsində 77 nəfər ölüb, 216 şəxs müxtəlif dərəcəli xəsarət alıb. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 17,6 faiz, ölənlərin sayı 23 faiz, yaralıların sayı isə 15,6 faiz azalıb.
563