Nabranda faciəvi şəkildə ayaqlarını itirən iki yaşlı İmran Cəfərzadə müalicə üçün xüsusi ambulans təyyarə ilə Berlinə göndərilib.
Lent.az-a verilən məlumata görə, İmran bu gün Bakı vaxtı ilə saat 05:30-da Almaniyadan göndərilmiş özəl təyyarə-ambulans ilə Almaniyaya uçub. Orada o Almaniyanın Azad Berlin Universiteti və Qumbolt adına universitetin birgə müəssisəsi “Charite Berlin” tibb mərkəzində müalicə alacaq.
Almaniyalı həkimlərin ilkin rəyinə görə, müalicənin birinci mərhələsi 28 gün davam edəcək, bu müddətdə 2-3 ilkin əməliyyat keçiriləcək
Qeyd edək ki, İyulun 21-də Xaçmaz rayonunun Seyidli kəndində fəaliyyət göstərən “Nabran Holiday Village” istirahət mərkəzində Bakı şəhər sakini, 2010-cu il təvəllüdlü İ. Cəfərzadəni hovuzun nasosu sovurub. Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən iki yaşlı körpənin ayaqlarını xilas etmək mümkün olmayıb.
Xəbər verildiyi kimi, prezident İlham Əliyevin tapşırığı ilə bu il iyulun 21-də Nabrandakı istirahət mərkəzlərinin birində hər iki ayağını itirmiş iki yaşlı İmran Cəfərovun müalicə xərcləri dövlət hesabına ödəniləcək.
Məlumata görə, artıq İ. Cəfərovun ailəsinin indiyə qədər çəkdiyi xərclər dövlət tərəfindən onlara ödənilib.