Bakıda iki uşağın ölümünə səbəb olan şəxsə <span style="color:red;">8 İL HƏBS
21 noyabr 2014 13:33 (UTC +04:00)

Bakıda iki uşağın ölümünə səbəb olan şəxsə 8 İL HƏBS

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ikisi uşaq olmaqla 3 nəfərin ölümünə səbəb olan qəzanı törətməkdə təqsirli bilinən Sumqayıt şəhər sakini, 1990-cı il təvəllüdlü Pərviz Heydərovun cinayət işi məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Tamella Nəsirullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə P. Heydərov 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Qeyd edək ki, hadisə bu il 14 iyul tarixində Suraxanı rayonu, Hövsan-Zığ yolunda baş verib. Pərviz Heydərov idarə etdiyi “İSUZU” markalı maşınla, 25 yaşlı Pünhan Ağayevin idarə etdiyi “VAZ 21-06” markalı maşın toqquşub. Nəticədə, Pərviz Ağayev və maşınında olan sərnişinlər – 13 yaşlı Şahnaz Əhmədova və 10 yaşlı Elmar Əhmədov yerindəcə keçiniblər. Uşaqların anası 36 yaşlı Könül Əhmədova və “İSUZU” markalı avtomobilin sürücüsü Pərviz Heydərov xəstəxanaya yerləşdiriliblər.


Aparılan araşdırma zamanı Pərviz Heydərov yol qəzasının törədilməsində günahkar bilinib və onun barəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydasını pozmaqla ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham verilib

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 890
avatar

Səlcuq Elçin

Oxşar yazılar