İsmayıllı rayonunda iki qardaş güllələnib. Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Hacıhətəmli kənd sakini Əlvan Allahverdiyev RPŞ-yə ərizə ilə müraciət edərək avqustun 27-də həmkəndlisi Əli Hüseynovun münaqişə zəminində ona və qardaşı Ramazana tərəf ov tüfəngindən 1 dəfə atəş açmasını bildirilib.
İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə. Hüseynov saxlanılmış, ondan müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.
İsmayıllı RPŞ tərəfindən araşdırma aparılır.