Gəncə şəhərində oğurluq etmiş şəxs tutulub. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Allahverdi Tağıyevə məxsus mağazadan ərzaq məhsulları, Kibar Cəfərquliyevə məxsus aptekdən 450 manat oğurlamış, habelə “Beynəlxalq Bank”ın Gəncə filialının Gülüstan şöbəsindən oğurluğa cəhd göstərmiş Gəncə şəhər sakinləri Hüseyn Nəcəfov və qardaşı Samir tutulub.
Qardaşlar ətrafında araşdırmalar davam etdirilir.