İki nəfər taksi sürücüsünü döyərək pulunu əlindən aldı
Səbail rayonunda quldurluq hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Badamdar qəsəbəsində qeydə alınıb.
Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Yasamal rayonu, Mahir Əliyev küçəsində iki nəfər naməlum şəxs 35 yaşlı Orxan Bağırovun taksi fəaliyyəti ilə məşğul olduğu “ Daewoo” markalı minik avtomobilini saxlayıb. Onlar müştəri kimi avtomobilə əyləşərək Badamdar qəsəbəai istiqamətinə gediblər. Orada naməlum şəxslər O.Bağırovu döyərək onun 65 manat pulunu alıblar.
Hadisəni törədən şəxslər polis tərəfindən axtarılır.
695