Azərbaycanda iki nəfər zəhərlənib öldü
09 yanvar 2015 14:02 (UTC +04:00)

Azərbaycanda iki nəfər zəhərlənib öldü

Azərbaycanda 2 nəfər bədbəxt hadisənin qurbanı olub. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, yanvarın 7-də Abşeron rayon sakini Mübariz Quliyev sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilib. Onun həyatını xilas etmək mümkün olmayıb. M.Quliyev yanvarın 8-də xəstəxanada ölüb.

Yanvarın 8-də Samux rayonunun da da zəhərlənmə hadisəsi qeydə alınıb. Əhmədbəyli kəndinin sakini Zabit İmanov dəm qazından zəhərlənib. Onun həyatını xilas etmək mümkün olmayıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 163

Oxşar yazılar