Azərbaycanda iki məhbus xəstəlikdən ölüb. Nizami rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində 1959-cu il təvəllüdlü Əsədullayev Əlibala Fərhad oğlu (Cinayət Məcəlləsinin 120.2.5 və 228.4-ci maddələri ilə məhkum olunub), 1960-cı il təvəllüdlü Yusifov Elman Hüseynqulu oğlu (Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə) ölüb.
Məlumata görə, Ə. Əsədullayev şəkər xəstəliyindən, E.Yusifov isə xərçəngdən vəfat edib.
Hər iki faktla əlaqədar araşdırma aparılır.