<span style="color:red;">Azərbaycanda "piyada qətliamı":  7 ölü, 1 yaralı
08 oktyabr 2014 14:51 (UTC +04:00)

Azərbaycanda "piyada qətliamı": 7 ölü, 1 yaralı

Son iki gündə ölkədə 7 piyada yol qəzasının qurbanı olub. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumata görə. Qusarda rayon sakini Qalib Pirəliyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən şəhər sakini Şərqiyyə Talıbovanı vurub. Piyada hadisə yerində ölüb.

 

Xəzər rayonu Buzovna qəsəbəsində Bakı şəhər sakini Elman Babayev idarə etdiyi “VAZ-21043” markalı avtomobillə yolu keçən paytaxt sakini Nailə Hüseynovanı vurub. Xəstəxanaya yerləşdirilmiş piyada elə ordaca keçinib.

 

Şirvan şəhərində Bakı şəhər sakini Əfqan Mikayılov idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən şəhər sakini Çimən Ağayevanı vurub. Xəstəxanaya yerləşdirilmiş piyada həyatını qurtarmaq mümkün olmayıb.

 

Göygöl rayonun Balçılı kəndində də rayon sakini Sənan Məmmədov idarə etdiyi “VAZ-21011” markalı avtomobil yolun keçən kənd sakini Hidayət Məmmədovu vurub öldürüb.

 

Binəqədi rayonu Azadlıq prospektində Bakı şəhər sakini Ramil Hüseynli idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi Şəbnəm Əliyevanı vurub. Xəstəxanaya yerləşdirilmiş piyada ölüb.

 

Qaradağ rayonu Lökbatan qəsəbəsində İsmayıılı rayon sakini Böyükağa Kərimi idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən şəhər sakini Nüsrəddin Gəncəliyevi vurub. Xəstəxanaya aparılan piyada orada ölüb.

 

Nəsimi rayonu Ş.Bədəlbəyli küçəsində şəhər sakini Səlim Həxiyev idarə etdiyi “Volswagen” markalı avtomobillə həmyerlisi Telman Həsənovu vurub. Xəstəxanaya yerləşdirilən piyada ölüb.

 

Lənkəran rayonunun Nərimanabad-1 qəsəbəsində müəyyən edilməyən avtomobillə qəsəbə sakini Ədalət Kərimov vurulub. Piyada xəstəxanaya yerləşdirilib. Hadisəni törədən sürücü axtarılır.

 

Hər bir faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1734

Oxşar yazılar