ANS telekanalından iki aparıcı ayrılıb.
AzVision.az-a ANS-dən verilən məlumata görə, aparıcı Afət Telmanqızı və "İç xəbər" verilişinin redaktoru Azadə Balayeva işdən çıxıblar.
Bildiriblər ki, artıq onlar televiziya rəhbərliyinə istefa ərizələrini təqdim ediblər və 3 gündür işə gəlmirlər.
Qeyd edək ki, bir müddət öncə adı çəkilən telekanaldan aparıcı Ayaz Nizamioğlu da ərizə yazaraq işdən çıxmışdı.