4 otaqlı iki ev yandı
07 mart 2018 01:13 (UTC +04:00)

4 otaqlı iki ev yandı

Bakı və Saatlıda yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə,  paytaxtda yanğın Xəzər rayonunda ümumi sahəsi 200 m2 olan birmərtəbəli mansarda tipli 4 otaqlı evdə baş verib. Nəticədə evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. ​​

 

Saatlı rayonunda ümumi sahəsi 184 m2 olan birmərtəbəli 4 otaq və 2 aynabənddən ibarət evin dam örtüyü 104 m2, 2 aynabəndin yanar konstruksiyaları və ev əşyaları 80 m2 sahədə  yanıb. Evin qalan hissələri yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 202

Oxşar yazılar