Qəbələdə ölümlə nəticələn yol qəzası baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Vəndam kənd sakini Nazim Süleymanov idarə etdiyi “Chevrolet” markalı avtomobili aşırıb. Xəstəxanaya yerləşdirilmiş sürücü ölüb.
Oktyabrın 8-də saat 01 radələrində Ağstafa şəhərində də avtomobil aşıb. Şəhər sakini Mikayıl Nuriyev idarə etdiyi “VAZ-2109” markalı avtomobilin idarəetməsini itib və nəqliyyat vasitəsi aşıb aşırıb. Sürücü və 3 sərnişini xəstəxanaya yerləşdirilib. Onlardan Qadir Osmanov ölüb
Hər iki faktla bağlı araşdırma aparılır.