İcra başçısına hücum edən polis işdən qovulub
14 dekabr 2012 12:23 (UTC +04:00)

İcra başçısına hücum edən polis işdən qovulub

Daxili İşlər Nazirliyi Gəncədə polis əməkdaşı ilə icra başçısı arasında yaranmış münaqişəyə münasibət bildirib. DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Lent.az-a bildirib ki, Gəncə şəhər Baş Polis İdarəsinin (BPİ) və DİN-in Daxili Təhqiqatlar İdarəsinin birgə araşdırmaları nəticəsində məlum olub ki, dekabrın 9-da saat 15:00 radələrində Gəncə şəhər BPİ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı Vüqar Sultanov xidmətdən kənar vaxtda olmasına baxmayaraq, özünə məxsus “KİA” markalı avtomobili sərxoş vəziyyətdə idarə edərək şəhər ərazisindəki “Xatirə” parkının girişində Nizami rayon İcra Hakimiyyəti işçiləri ilə heç bir tutarlı səbəb olmadan mübahisə edib, münaqişə yaradaraq onlara qarşı kobudluq etməklə polisin nüfuzuna xələl gətirən hərəkətlərə yol verib.

 

 

Polis baş serjantı bununla da DİN-in hazırda qüvvədə “Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi”nin bir sıra tələblərini kobud surətdə pozub. Göstərilənləri və onun üzərində əvvəllər də töhmət intizam tənbehi olmasını nəzərə alaraq Gəncə şəhər BPİ-nin rəisinin imzaladığı əmrlə V.Sultanov daxili işlər orqanlarında xidmətdən xaric edilib.

 

Qeyd edək ki, V.Sultanov Gəncə şəhəri Nizami rayonunun İcra Hakimiyyətinin başçısı Məharət Mustafayevi təhqir etdiyinə görə cəzalandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4006

Oxşar yazılar

Yeni doğulmuş körpəsini küçəyə atdı

Yeni doğulmuş körpəsini küçəyə atdı

22 aprel 2025 , 14:14
Bu rayonda bir gündə iki meyit  TAPILDI

Bu rayonda bir gündə iki meyit TAPILDI

22 aprel 2025 , 14:00
Mina qurbanları Vardanyanın məhkəməsinə əsa ilə gəldilər

Mina qurbanları Vardanyanın məhkəməsinə əsa ilə gəldilər

22 aprel 2025 , 13:53
Sumqayıtda parkda  meyit tapıldı

Sumqayıtda parkda meyit tapıldı

22 aprel 2025 , 13:39
Məktəbli qızları şantaj edən  əcnəbiyə ağır cəza verildi

Məktəbli qızları şantaj edən əcnəbiyə ağır cəza verildi

22 aprel 2025 , 13:32
Yol qəzası törədən polis saxlanıldı

Yol qəzası törədən polis saxlanıldı

22 aprel 2025 , 13:18
Kişini döyüb binadan atdılar

Kişini döyüb binadan atdılar

22 aprel 2025 , 12:38
Bərdədə kişi kanalda batdı

Bərdədə kişi kanalda batdı

22 aprel 2025 , 11:51