Bakı sakini spirtli içkidən zəhərlənib.
APA-nın məlumatın görə, Yasamal rayon sakini, 46 yaşlı Kərimov Pərviz Saqi oğlu alkoqol zəhərlənməsi ilə Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə daxil olub. Həkimlərin müdaxiləsinə baxmayaraq P.Kərimovun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.