İŞİD-də döyüşən azərbaycanlının istəyi reallaşmadı
11 avqust 2016 10:21 (UTC +04:00)

İŞİD-də döyüşən azərbaycanlının istəyi reallaşmadı

0

Bakı Apellyasiya Məhkəməsində Suriyada qanunsuz silahlı birləşmələrdə fəaliyyət göstərməkdə təqsirləndirilən Telman Bəkirovun birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayət üzrə məhkəmə prosesi başa çatıb.

 

 

Lent.az-ın məlumatına görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Hakimlər kollegiyasının qərarına əsasən onun barəsində birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb. Telman Bəkirovun şikayəti təmin edilməyib.

 

 

Qeyd edək ki, ləğv edilən  Milli Təhlükəsizlik Nazirliyinin keçən il aprel ayında keçirdiyi əməliyyatla saxlanılan 1988-ci il təvəllüdlü Bəkirov Telman Əvəz oğlu 2014-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən "İŞİD" terrorçu təşkilatının fəaliyyətində iştirak edib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Telman Bəkirov 14 il müddətinə azadlıqdan məhrum edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 273

Oxşar yazılar