Elçin Behbudov hospitala yerləşdirilib
28 fevral 2015 11:45 (UTC +04:00)

Elçin Behbudov hospitala yerləşdirilib

0

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudovun səhhətində müəyyən problemlər yaranıb. Lent.az-ın azvison.az-a istinadən məlumatına görə, səhhəti pisləşən hüquq müdafiəçisi Hərbi Hospitala yerləşdirilib.

 

E.Behbudov səhhətində problemin yaranmasını təsdiqləyib. Bildirib ki, artıq bir həftədir ki, Hərbi Hospitalda müalicə alır:

“Səhhətimdə müəyyən problemlər yaranıb. Həkimlər şəkərimin yüksəldiyini söyləyirlər. Hazırda müalicəm davam edir. İndi vəziyyətim normalıdır. Heç kəs narahat olmasın”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 218

Oxşar yazılar