Hüquq müdafiəçiləri Azərbaycanda saxlanılan erməni hərbiçi ilə görüşüblər
25 avqust 2015 12:53 (UTC +04:00)

Hüquq müdafiəçiləri Azərbaycanda saxlanılan erməni hərbiçi ilə görüşüblər

0
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov Azərbaycana könüllü təslim olmuş erməni hərbçi Andranik Araratoviç Qriqoryanla görüşüblər.

 

Bu barədə APA-ya məlumat verən E. Behbudov deyib ki, A. Qriqoryanın saxlanma şəraitindən və ona qarşı münasibətdən şikayəti yoxdur:  “Onunla görüşüb söhbət etdik. Saxlanma şəraitindən, ona qarşı münasibətdən hər hansı narazılığı olub-olmamasını soruşdum. Heç bir şikayəti yoxdur, razılığını bildirdi” .

 

E. Behbudov qeyd edib ki, görüşdə məqsəd A. Qriqoryanın saxlanma şəraiti ilə maraqlanmaq olub.

 

Qeyd edək ki, martın 22-də Ermənistan Silahlı Qüvvələrinin hərbçisi, 1991-ci ildə Xocavənd rayonunda anadan olmuş, müqavilə əsasında hərbi xidmət keçən hərbi qulluqçu Andranik Araratoviç Qriqoryan öz hərbi hissəsini tərk edərək könüllü surətdə Azərbaycan tərəfinə təslim olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 167

Oxşar yazılar