Kənd təsərrüfatı naziri Heydər Əsədov “Aqrolizinq” ASC-nin Tovuz “Aqroservis” filialına gətirilən Gəncə avtomobil zavodunda yığılmış “Belarus” tipli 125 traktora baxış keçirib. Nazirlikdən Lent.az-a verilən məlumata görə, nazir əvvəlcə filialda yaradılmış şəraitlə tanış olub, sonra respublikanın müxtəlif rayonlarından gəlmiş fermer və sahibkarlara traktorların sənədlərini təqdim edib. Nazir bildirib ki, Tovuzun “Aqroservis” filialına gətirilmiş 125 ədəd traktordan 43-ü fermer və sahibkarlara lizinq yolu ilə verilir.
H. Əsədov onu da əlavə edib ki, fermerlər qarşılaşdıqları hər hansı problemlə bağlı nazirlikdə yaradılan “Qaynar xətt” (1652) ilə əlaqə saxlaya bilərlər.
Nazir daha sonra Tovuzda fəaliyyət göstərən Dövlət toxumçuluq təsərrüfatında, Rayon Baytarlıq və Fitosanitar Xidməti idarələrində olub.