Bakının mərkəzindəki əsas küçə və prospekt nəqliyyatın hərəkəti üçün bağlanıb. APA-nın məlumatına görə, 26 İyun - Silahlı Qüvvələr günü münasibətilə keçiriləcək hərbi paradda keçid edəcək hərbi texnikanın bir hissəsi Azadlıq meydanına gətirilib.
Bununla əlaqədar paytaxtın Azadlıq meydanı istiqamətində küçə və prospektlərində - Yusif Səfərov küçəsi, Xocalı küçəsi, Zərifə Əliyeva küçəsi, Neftçilər prospekti və s.-də Azadlıq meydanı istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Bu səbəbdən paytaxtın mərkəzində, o cümlədən Heydər Əliyev prospektində nəqliyyatın böyük tıxacı yaranıb.