Hərbi hissənin məsul şəxsləri barəsində cinayət işi başlandı
26 aprel 2013 13:25 (UTC +04:00)

Hərbi hissənin məsul şəxsləri barəsində cinayət işi başlandı

Respublika Hərbi Prokurorluğu Müdafiə Nazirliyinin Tərtərdə yerləşən “N” saylı hərbi hissəsində baş vermiş yanğın hadisəsi ilə bağlı məlumat yayıb.


 

Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, baş vermiş yanğın zamanı müddətli hərbi xidmət hərbi qulluqçuları, əsgər Xalıqov Bayram Rafiq oğlu və əsgər Musazadə Abbas Natiq oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Əsgər Abbas Musazadə aldığı yanıq xəsarətlərindən 25 aprel 2013-cü ildə dünyasını dəyişib.

 

Baş vermiş hadisə ilə əlaqədar həmin hərbi hissənin məsul vəzifəli şəxsləri barəsində Tərtər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 342.2 (qulluğu səhlənkar yanaşma) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır. 

 

# 1099
avatar

Oxşar yazılar