Müdafiə naziri Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, Hərbi Dəniz Qüvvələrində döyüş hazırlıq üzrə intensiv məşqlər keçirilir. Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, Müdafiə Nazirliyinin rəhbərliyi və Hərbi Dəniz Qüvvələri komandanlığı gəmilər və heyət tərəfindən qarşıya qoyulan döyüş tapşırıqlarının yerinə yetirilməsi səviyyəsini, döyüş manevretmə və idarəetmə, həmçinin qarşılıqlı əlaqə imkanlarını yoxlayır.
Təlim-məşqlər Hərbi Dəniz Qüvvələrinin döyüş hazırlığı səviyyəsinin artırılması, o cümlədən Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti ilə birgə keçiriləcək təlimlərə hazırlıq məqsədi daşıyır.