Həmyerlimiz kazak atamanının abidəsini açdı
14 oktyabr 2013 16:12 (UTC +04:00)

Həmyerlimiz kazak atamanının abidəsini açdı

Ukraynanın Dnepropetrovsk vilayətinin Maqdalinovsk rayonun Kovpakivka kəndində Azərbaycan əsilli fermer Xosrov Hüseynov tərəfindən kəndin banisi, kazak atamanı Afanas Kovpak şərəfinə ucaldılmış abidənin açılışı olub. Ukraynanın Azərbaycan Gəncləri Birliyindən  (SAMU) Lent. az-a verilən məlumata görə, mərasimdə vilayət administrasiyasının rəsmi şəxsləri, Ali Rada deputatları, Azərbaycan diasporunun fəalları iştirak ediblər.

Çıxış edən Maqdalinovsk rayonun icra hakimiyyəti başçısının müavini Vladimir Masiç çıxışında ataman Kovpak şərəfinə abidə ucaldılan abidənin burada yaşayan azərbaycanlılar tərəfindən salınmasını təqdirə layiq hal hesab edib. Ali Radanın deputatı Nikolay Savrasenka isə Ukrayna və Azərbaycan xalqları arasında tarixi dostluqdan danışıb və bunun misalı kimi Azərbaycan xalqın oğlu tərəfindən Ukrayna qəhrəmanına ucaldılmış abidəni göstərib. O xatırladıb ki, iki il əvvəl Dnepropetrovsk vilayəti deputatın Fəxrəddin Muxtarovun təşəbbüsü ilə Rudka kəndində Sovet İttifaqı qəhrəmanı, bu ərazilərdə faşistlərə qarşı döyüşən Mikayıl Ələkbərovun şərəfində abidə ucaldılıb. Tədbirdə həmçinin Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Dnepropetrovsk vilayəti deputatın Fəxrəddin Muxtarov və digərləri də çıxış edərək, Ukrayna və Azərbaycan arasında əlaqələrin sürətlə inkişafını, Azərbaycan icmasının Ukraynanın ictimai-siyasi və iqtisadi həyatından aktiv iştirakını qeyd ediblər.

X.Hüseynov da çıxış edib. Kovpakovka kəndinin sosial problemlərin həllində töhfə verilməsinə görə, ona vilayət administrasiyasının fəxri fərman verilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 858
avatar

Oxşar yazılar