Həmkəndlisini qayçı ilə ağır yaraladı
İsmayıllı sakini qayçı ilə ağır cinayət törədib.
APA xəbər verir ki, rayonun Kürdmaşı kəndində 1993-cü il təvəllüdlü Eşqin Nəzərov mübahisə zamanı həmkəndlisi - 1992-ci il təvəllüdlü Gəray Mikayilova qayçı ilə ağır xəsarətlər yetirib.
Yaralı xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən E.Nəzərov saxlanılıb.
529