Həbsxanaya telefon keçirmək istədilər
24 yanvar 2015 18:53 (UTC +04:00)

Həbsxanaya telefon keçirmək istədilər

Cəzaçəkmə müəssisəsinə telefon keçirilməsinin qarşısı alınıb. Lent.az-ın Ədliyyə Nazirliyi Penitensiar Xidmətin mətbuat xidmətinə istinadən məlumatına görə,  2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin 263.1.3 maddəsinə əsasən 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilən məhkum Orxan İlqar oğlu Kazımovun yanına qısamüddətli görüşə gəlmiş qohumu Marqarita Ramizovna Rəhimovanın gətirdiyi sovqata və üzərinə baxış keçirilib.

Baxış zamanı ayağında gizlətdiyi 1 ədəd “Nokia” və 1 ədəd “Samsung” markalı mobil telefon aparatı, 1 ədəd “Nar” və 1 ədəd “Sim” danışıq kartı və 2 ədəd elektrik qidalandırıcısının ucluğu aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 187

Oxşar yazılar