Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində həbsxanaya qadağan olunmuş vasitənin keçirilməsinin qarşısı alınıb. Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, hadisə 11 saylı cəzaçəkmə müəssisəsində baş verib. Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində AR Cinayət Məcəlləsinin 234.2; 234.1 və 66.3 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Elşən Əli oğlu Hüseynovun yanına qısamüddətli görüşə gəlmiş bacısı, Bakı şəhəri, Balaxanı qəsəbəsi sakini Sevinc Əli qızı Hüseynovanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilən zaman əl çantasının içərisində gizlədilmiş bir ədəd “Nokia E72” markalı mobil telefon aparatı və mobil telefon aparatı üçün nəzərdə tutulmuş bir ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.