Həbsxanaya balıq konservinin içində telefon gətirdilər
26 mart 2013 13:49 (UTC +04:00)

Həbsxanaya balıq konservinin içində telefon gətirdilər

 

Bakıda cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, Penitensiar xidmətin və 8 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1977-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 29-cu maddələri ilə təqsirli bilinərək 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Cavid Zəbulla oğlu İbadovun yanına qisa müddətli görüşə gəlmiş qardaşı Nurlan Zəbulla oğlu İbadovun gətirdiyi sovqata baxış keçirilib.

Baxış keçirilən zaman balıq konservlərinin işərisində gizlədilmiş, sellofan torbaya bükülmüş 2 (iki) ədəd "Nokia" markalı mobil telefon aparatı, 2 (iki) ədəd mobil telefon aparatı üçün elektrik qidalandırıcısının birləşdirici naqilləri və 2 (iki) ədəd mobil telefon üçün "Nokia" markalı qulaqcıq aşkar edilərək götürülüb.

 

Fakt üzrə araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1591
avatar

Oxşar yazılar