Penitensiar xidmət əməkdaşları 3 saylı İstintaq təcridxanasına qanunsuz əşyaların keçirilməsinin qarşısını alıb. Penitensiar xidmətdən Lent.az-a verilən xəbərə görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234.1 maddəsinə əsasən həbs edilmiş Şakir Teymur oğlu Umbatovun qardaşı Tofiq Teymuroviç Hümbətov saxlanılıb. T. Hümbətovun qardaşının yanına gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman “Biskvit” kətələrinin içərisindən sellofan paketə bükülmüş xalis çəkisi 1.962 qram olan narkotik vasitə “Tiryək”, 78 ədəd “Tramadol” həbləri, 2 ədəd “Nokia” markalı mobil telefon aparatları və 1 ədəd mobil telefon aparatı üçün nəzərdə tutulmuş elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.